21-22 dekabr 2018-ci ildə Bərdə şəhərində Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə “Cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktik konfrans” keçirləcəkdir.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 8 Davamlı Tibbi Təhsil krediti ilə qiymətləndirilmişdir.
Təşkilat komitəsinin sədri: Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, prof. Ağayev R.M.
Təşkilat komitəsinin katibi: Bərdə Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, t.ü.f.d. Hüseynov H. F.
Konfransın proqramı
21 Dekabr
10:00-13:00
Moderatorlar : t.e.d. Həsənov F.C., t.ü.f.d. Hüseynov R.H.
1. Həyata keçiriləcək əməliyyatlar barədə qısa məlumatlar
(prof. Məmmədov Ə. Ə., prof. Müslümov Q. F.).
2. Nümunəvi cərrahi əməliyyatların konfrans zalına birbaşa translyasiyası (Operatorlar: Prof. Məmmədov Ə. Ə., prof. Müslümov Q. F.).

22 dekabr
09:30-13:00
Moderatorlar : Prof. Ağayev R.M., prof. Abuşov N.S., t.e.d. Kazımov İ.L.
1. Ağayev R. M., Məmmədov Ə. Ə., Cəfərli R. E.
Öd yolları zədələnmələrinin profilaktikası və müalicəsinin
müasir aspektləri.
2. Abbasov F. E., Əliyev E.H.
Ürəyin işemik xəstəliyinə və qapaq qüsurlarına görə aparılan əməliyyatlara göstərişlər və əməliyyatdan sonrakı tibbi reabilitasiyanın təşkili.
3. Rüstəmov E.A.
Həzm traktının yuxarı şöbəsindən olan qanaxmaların diaqnostika və müalicəsinə müasir yanaşmalar.
4. Müslümov Q. F.
Müasir cərrahiyədə minimal invaziv texnologiyanın rolu.
5. Şahsuvarov O. M.
Qalxanvari vəz üzərində aparılan əməliyyat zamanı ağırlaşmalar və bunların səbəbləri.

14:00-16:30
Moderatorlar : Prof. Abbasov F. E., prof. Məmmədov Ə. Ə., t.e.d. Rüstəmov E. A.

1. Hüseynov H.F.
Bərdə Diaqnostika Mərkəzində cərrahi xidmətin təşkili.
2. Abuşov N.S.
Aşağı ətrafların kritik işemiyasının diaqnostika və müalicəsi.
3. Həsənov F.C.
Cərrahi xəstələrdə tromboz və trombemboliyaların profilaktikası.
4. Hüseynov R. H.
Yod defisitli xəstəliklər. Endemik zob.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir