Azərbaycan Respublikasının Prezidenti

yanında Ali Attestasiya Komissiyası Rəyasət

Heyətinin 17 yanvar 2020-ci il tarixli qərarı ilə

təsdiq edilmişdir.

Elmi dərəcə və elmi ad verilməsi üçün
elmi məqalələrin dərc olunması tövsiyə edilən
dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə
və indeksləmə sistemlərinin (bazalarının) elm sahələri üzrə

SİYAHISI

Sıra Elm sahələriBeynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları)
1 TİBB və ƏCZAÇILIQ elmləriWeb of Science SCOPUS Springer Pub Med Ulakbim

Qeydlər:

1. Web of Sciencebazası üzrə aşağıdakı məlumat bazalarına daxil olan nəşrlər qəbul edilir:

  • Science Citation Index Expanded (SCIE)
  • Social Sciences Citation Index (SSCI)
  • Arts & Humanities Citation Index (AHCI)
  • Emerging Sources Citation Index (ESCI)
  • Conference Proceedings Citation Index
  • Book Citation Index
  • Current Contents Connect
  • BIOSIS Citation Index, BIOSIS Previews & Biological Abstract
  • Zoological Record
  • CABI: CAB Abstracts & Global Health
  • MEDLINE
  • Inspec
  • Chinese Science Citation Index
  • Russian Science Citation Index (RSCI)
  • KCI-Korean Journal Database
  • SciELO Citation Index
  • Data Citation Index
  • Derwent Innovations Index
  • Food Science & Technology Abstracts
  1. Belarusiya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynada elmi dərəcə və elmi ad verilməsi üçün müvafiq elm sahələri üzrə tövsiyə edilən dövri elmi nəşrlər beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan nəşrlərə ekvivalent kimi qəbul edilir.
  2. Texnika elmləri, Yer elmləri və Coğrafiya, Tibb və Əczaçılıq elmləri, Biologiya elmləri və Aqrar elmlər üzrə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan məqalələrin elmlər doktoru elmi dərəcəsi verilməsi üçün azı üçü, elmlər doktorlarına professor elmi adı verilməsi üçün azı ikisi, fəlsəfə doktorlarına professor elmi adı verilməsi üçün azı yeddisi Web of Science bazasında olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir