GÜNDƏLİKDƏ  OLAN  MƏSƏLƏLƏR:

  1. ECM-in 2019-cu ildə kliniki fəaliyyətinin hesabatı – baş həkim.
  2. 2020-cu ildə əməkdaşların məzuniyyət qrafikinin təsdiqi – kardlar şöbəsinin müdiri.
  3. Respublikanın rayonlarına praktiki yardım briqadalarının iş cədvəlinin təsdiqi  – baş həkim.
  4. ECM-nin saytının fəaliyyəti barədə – elmi katib
  5.  Müxtəlif məsələlər.

          ECM-nin 2019-cu ildə kliniki fəaliyyəti barədə mərkəzin müalicə işləri üzrə direktor müavini, t.e.d., dos. Yusif Əliyev geniş məruzə etdi. Məruzədə kliniki fəaliyyətdə olan uğurlarla bərabər bəzi çatışmamazlıqlar da analiz edilərək təkliflər verilmişdir. Müzakirə ətrafında prof. F.E.Abbasov, prof. Ə.Ə.Məmmədov, t.e.d. F.C.Həsənov, prof. Q.F.Müslümov və prof. H.B.İsayev çıxış etdilər. Sonda ECM-nin baş direktoru prof. R.M.Ağayev çıxış edərək ümuməm hesabatın qənaətbəxş olduğunu qeyd etdi, öz təklif və məsləhətlərini bildirdi.

 Sonra isə Şuranın gündəlik məsələlərinə uyğun olaraq əməkdaşların məzuniyyət qrafiki barədə kadrlar şöbəsnin müdiri R.B.Mövsümova, ECM-nin əməkdaşları tərəfindən respublikanın rayonlarına praktiki konsultativ yardım briqadalarının iş cədvəli barədə isə baş həkim t.e.d., dos. Y.Q.Əliyev məlumat vermiş, qrafik və iş cədvəli Şura tərəfindən təsdiq edilmişdir.

        Sonuncu olaraq ECM-nin saytının fəaliyyəti barədə ECM-nin elmi katibi t.e.d. İ.L.Kazımov ətraflı məlumat verərək çatışmazlıqların olduğunu, saytın üzərində (dizayn və operativlik barədə)  yeni işlərin getdiyini bildirdi. Prof. H.B.İsayev saytın daha canlı olması baxımından fəallığı artırmağı və məlumatların saytda darhal öz əksini tapmaq baxımından daha aktiv olmağı məsləhət gördü.

         Sonda direktor prof. R.M.Ağayev həm ECM, həm də Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimai Birliyinin saytlarının yeni dizaynı və operativliyi üçün mütəxəssislərlə danışıqlar aparıldığını və yaxın vaxtlarda çox önəmli dəyişikliklər olacağını bildirdi.

         Bununla da Şura növbəti iclasını bitirdi.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir