Allah rəhmət eləsin
Akad. M.A.Topçubaşov adına ECM PHŞ-nin Fizioterapiya şöbəsinin müdiri Məcidova Sevda Təyyar qızı 17.01.2021-ci ildə vəfat etmişdir.
Məcidova Sevda Təyyar qızı 12 may 1962-ci ildə Bakı şəhərində anadan olub.
1985-1986-cı illərdə akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunda internatura keçmişdir. 1986-1996-cı illərdə Anesteziologiya və reanimasiya şöbəsində həkim-reanimatoloq, 1996-cı ildən son günlərə qədər isə Fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
S.T.Məcidova 15-dən çox elmi məqalə və tezisin müəllifi olub. Sevda xanım yüksək ixtisaslı həkim-fizioterapevt olmaqla yanaşı, həm də gözəl insan olmuşdur. O kollektiv arasında böyük hörmətə sahib idi.
Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyi, Fizioterapiya şöbəsinin əməkdaşları mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, onun əziz xatirəsinin kollektivin yaddaşında daima qalacağını bildirir.
Allah rəhmət eləsin.