M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, binanın diqqət çəkən xüsusi bir yerində, girişində Heydər Əliyev guşəsi yaradılmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, binanın diqqət çəkən xüsusi bir yerində, girişində Heydər Əliyev guşəsi yaradılmışdır.

Guşədə Ulu Öndərin ailə üzvləri ilə xatirə şəkilləri ilə yanaşı, Azərbaycanın müstəqilliyindən əvvəl və sonrakı illərdə həyat və siyasi fəaliyyətini özündə əks etdirən şəkillər diqqəti çəkir.

Burada Ümummilli liderin Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələri ilə görüşlərdən çəkilmiş şəkillər guşəyə xüsusi rəng qatır. Bu səpkidən olan şəkillərdən bir neçəsi Heydər Əliyevin daima diqqət və qayğısında olan tibb işçiləri ilə ğörüşlərinin təzahürüdür. Dünyanın aparıcı siyasi xadimləri ilə görüşləri də guşədə öz əksini tapmışdır.

Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyevlə Ulu Öndərin çoxsaylı şəkilləri guşədə xüsusu yer tutur.

Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, Heydər Əliyev ruhu və irsi zəkalarda və əməllərdə daima yaşayacaqdır!!!