M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Heydər Əliyevə həsr olunan guşə yaradılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Heydər Əliyev guşəsi yaradılıb.

Binanın girişində gözoxşayan dizaynı ilə diqqət çəkən guşədə ulu öndərin ailə üzvləri, həmçinin həyat və siyasi fəaliyyətinin müxtəlif illərini özündə əks etdirən xatirə şəkilləri diqqəti çəkir.

Heydər Əliyevin dünya siyasətinin aparıcı simaları, dövlət və hökumət başçıları Azərbaycan ictimaiyyətinin, elm, səhiyyə, təhsil, mədəniyyət, idman sahəsinin nümayəndələri ilə yaddaqalan görüşlərini əks etdirən fotolar guşəyə xüsusi rəng qatır. Nümayiş etdirilən fotoşəkillərdə ümummilli liderin Azərbaycan səhiyyəsinə, tibb işçilərinə göstərdiyi diqqət və qayğının  bariz əksi də yer alıb.

Burada Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə çəkilmiş, bir-birindən maraqlı fotoşəkillər xüsusu yer tutur.

Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ruhu və irsi zəkalarda, əməllərdə daim yaşayacaq!!!