Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Səhiyyə Nazirliyi “Akademik  M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”ndə Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı olub. Tədbirdə ECM-in direktoru Rauf Ağayev, ECM-in direktor müavini Nazim Hacıyev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Qönçə Avdullayeva,  ECM-in Həmkarlar İttafaqı Komitəsinin sədri Cəmaləddin Kosayev, ittifaq üzvləri, şöbə müdirləri və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

Hesabat-seçki yığıncağının gündəliyində ECM-in HİK-in 2017-2024 cü illər üçün hesabatı, HİK-nin Təftiş komissiyasının hesabatı, ECM-nin HİK –nin sədri, üzvləri və rəyasət heyətinin, təftiş komissiyasının və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının IV Qurultayına nümayəndə  seçilməsi haqqında məsələlər yer alıb.

Tədbirdə ECM-nin HİK –nin sədri C. Kosayevin və Təftiş komissiyasının sədri S. Ağayevanın  hesabları dinlənilib. Daha sonra təşkilati və gündəlikdə olan məsələlər müzakirə olunub. Müzakirələrin sonunda Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib

 İclasda çıxış edən ECM-nin direktoru professor R. Ağayev, ECM-nin Kardiocərrahiyyə Üzrə Elmi şöbənin rəhbəri F. Abbasov, Qaraciyər, Öd kisəsi, Mədəaltı  Vəzinin Cərrahlığı Üzrə Elmi şöbənin böyük elmi işçisi professor Y. Əliyev çıxış edərək ECM-nin HİK-nin fəaliyyətini müsbət qiymətləndirərək, ECM əməkdaşlarını, həmçinin müharibə iştirakçılarını, qaziləri diqqətdə saxladığını, hər zaman dəstək göstərdiyini diqqətə çatdırdılar. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Avdullayeva öz çıxışında bundan sonra  da  qarşısında duran bütün vəzifələrin həlli üçün səylə çalışacağını bildirib.

Hesabat-seçki yığıncağında C. Kosayev  Həmkarlar İttifaqı Komitəsinin sədri, S. Ağayeva isə Təftiş komissiyasının sədri seçilib. İclasda komitənin idarə heyəti və nəzarət-təftiş komissiyasının tərkibi də formalaşdırılıb.