Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub

May ayının 6-da akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

ECM-in rəhbərliyi, eləcə də bir qrup əməkdaşı ulu öndər Heydər Əliyevin məzarı önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.