Cərrah E.A.Rüstəmov Özbəkistan Respublikasının professoru seçilmişdir

Elmi Qida borusu, mədə, 12 b.bağırsaq xəstəlikləri cərrahlığı şöbəsinin müdiri t.e.d. E.A.Rüstəmov Özbəkistan Respublikasının professoru seçilmişdir.

Tibb elmləri doktoru E.A.Rüstəmova Özbəkistan Respublikası Namanqanq Universitetində 30.04.2022-ci il tarixində (N 0022) professor adı verilmişdir. O, orada iki mövzu ilə çıxış etmişdir:

Mövzu 1. Mədə və 12 b.bağırsağın yara xəstəliyi (Tibb Universitetinin tələbələri üçün).

Mövzu 2. Mədə-bağırsaq sisteminin yuxarı qeyri-varikoz mənşəli qanaxmalarının cərrahi müalicəsinə müasir yanaşma (həkimlər üçün).