Allah rəhmət eləsin

Damar cərrahlığı şöbəsinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Zakircayev Elmar Cavanşir oğlu 02.08.2021-ci ildə vəfat etmişdir.

Zakircayev Elmar Cavanşir oğlu 12 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetinin I müalicı-profilaktika fakültəsini bitirib. 1989-1990-cı illər ərzində Respublika Onkoloji Mərkəzdə internatura keçib. 1990-1991-ci illərdə Sumqayıt şəhərinin müalicə- bədən tərbiyəsi dispanserində həkim-cərrah işləyib. 1992-1994-cü illərdə akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunda klinik ordinatira keçmişdir. 1995-2011-ci illərdə akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Damar cərrahlığı şöbəsində kiçik elmi işçi, 2011-2018-ci illərdə həmin şöbədə böyük elmi işçi, 2018-ci ildən son günlərə qədər aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

2015-ci ildə «Актуальные аспекты комплексного хирургического лечения больных облитерирующим тромбангиитом с критической ишемией нижних конечностей» mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi elmi adını almışdır.

E.C.Zakircayev 100-ə yaxın elmi məqalə və tezisin müəllifi olub. Elmar müəllim yüksək ixtisaslı cərrah olmaqla yanaşı, həm də gözəl insan olmuşdur. O kollektiv arasında böyük hörmətə sahib idi.
Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyi, Damar cərrahlığı şöbəsinin əməkdaşları mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, onun əziz xatirəsinin kollektivin yaddaşında daima qalacağını bildirir.

Allah rəhmət eləsin.