Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzinin nümayəndə heyəti Elmi Cərrahiyyə Mərkəzinin qonağı oldu

Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzindən Azərbaycan Respublikasına səfər edən nümayəndə heyəti 06 iyun 2024-cü il tarixində Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” püblik hüquqi şəxsdə olublar.

Səfər zamanı nümayəndə heyətini Azərbaycan Tibb Universitetinin Beynəlxalq Münasibətlər şöbəsinin müdiri  Dr. Müşfiq Orucov müşayət edib.

Görüşdə ECM-in direktoru Rauf Ağayev, Direktorun Elmi işlər üzrə müavini İlham Kazımov, Direktorun müalicə işləri üzrə müavini Nazim Hacıyev və  həkim mütəxəssisləri iştirak ediblər.

Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzindən gələn nümayəndə heyətinin rəhbəri Renad Almahdali, həkim-mütəxəssislər Aljohara Hamza, Abdulvahab Aljubab  institutla  yaxından tanış olublar. ECM-nin direktoru professor Rauf Ağayev Mərkəz  haqqında ətraflı məlumat verib. Daha sonra  qonaqlar institutun Uşaq Kardiocərrahiyyə elmi şöbəsi və Uşaq Kardio reanimasiya, intensive terapiya və anesteziologiya bölməsi ilə yaxından tanış olublar. Direktorun müalicə işləri üzrə müavini Nazim Hacıyev, Uşaq Kardiocərrahiyyə elmi şöbəsinin rəhbəri Elnur Həsənov, həkim-kardioloq Kərimova Vüsalə, Şüa diaqnostikası üzrə həkim Ələsgər Əliyev şöbə haqqında ətraflı məlumatı həkim-mütəxəssislərin diqqətinə çatdırıb. Daha sonra qonaqlar mərkəzdə olan şəraiti yüksək qiymətləndiriblər.

Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzinin fəaliyyəti nəcib fundamental humanitar məqsəd və prinsiplər üzərində qurulub. Proqramları həyata keçirmək üçün lazım olan elementlərə bütün yardımın təfərrüatlı monitorinqi, yardımın yüksək dərəcədə koordinasiya edilmiş və mütərəqqi daşınması daxildir.