Ulu öndər Heydər Əliyevin anım günü Elmi Cərrahiyyə Mərkəzində qeyd edilmişdir!

12 dekabr 2022-ci ildə akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü qeyd edilmişdir.

Elmi Cərrahiyyə Mərkəzinin kollektivi Ulu öndərin büstü önünə gül dəstəsi — əklil qoyaraq, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru, professor Rauf Ağayev Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri barədə ətraflı məlumat vermiş, onun əziz xatirəsinin xalqımızın yaddaşında əbədi qalacağına əmin olduğunu bildirmişdir. Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabının ulu öndərin siyasətini uğurla davam etdirərək ölkəmizi iqtisadi və siyasi baxımından regionda güclü dövlətə çevirdiyi dəfələrlə vurğulanmışdır.

Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin!