Allah rəhmət eləsin

Endokrin cərrahlığı şöbəsinin baş elmi işçisi, professor Ağayev Rauf Ağakişi oğlu mayın 11.05.2021-ci ildə vəfat etmişdir.

Ağayev Rauf Ağakişi oğlu 9 yanvar 1947 ci ildə Tovuz rayonunda anadan olub. O bir neçə illər Endokrin cərrahlığı şöbəsinə rəhbərlik etmişdir. Prof. R.A.Ağayev 200 dən çox elmi əsərin müəllifidir. Bir neçə tibb üzrə fəlsəfə doktoru dissertasiyasının elmi rəhbəri olmuşdur. Rauf müəllim yüksək ixtisaslı cərrah olmaqla yanaşı, həm də gözəl insan olmuşdur. Kollektiv arasında çox böyük hörmətə sahib idi.

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Endokrin cərrahlığı şöbəsinin əməkdaşları mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, onun əziz xatirəsinin daima kollektivin yaddaşında qalacağını bildirir.

Allah rəhmət eləsin.