Akademik M.A.Topçubaşov adma Elmi Cərrahiyyə Mərkəzi 2023-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Cərrahlıq (3213.01) — 1 qiyabi- büdcə hesabına; 1 qiyabi — ödənişli əsaslarla;
  • Anesteziologiya və reanimatologiya (3231.01) – 1yer (qiyabi; ödənişli əsaslarla);
  • Ürək və damar cərrahlığı (3236.01) – 1 (əyani; büdcə hesabına); 1 (qiyabi; ödənişli əsaslarla);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Ürək və damar cərrahlığı (3236.01) — 1 (qiyabi; ödənişli əsaslarla);

Sənədlər 16 may 2023-cü il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZI 122 Tel: +994 12 432 11 86;  +994 12 432 18 30 ; +994 12 432 00 84

e-mail ünvanı: ecm@esehiyye.az

e-mail: ecmerkez@gmail.com

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

* ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənəclin surəti.

Dissertantlıq yolu ilə təhsil almaq üçün:

  • ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatiŞ rəhbərinin adma);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.