Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 may — Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan səhiyyə nazirin müşaviri Rüfət Hacıəlibəyov, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı iştirak ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin, eləcə də tibb bacılarının əzmkar əməyi yüksək qiymətləndirilib. Həmçinin patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işlərindən bəhs edilib.

ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı öz çıxışında tibb bacılarının səhiyyə xidmətlərinin təminatında önəmli rol oynadığını vurğulayıb.

Daha sonra 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin hazırladığı musiqili-bədii kompozisiya təqdib olunub.

Qeyd edək ki, tədbirdə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzini baş tibb bacısı Kəmalə Novruzova təmsil edib.