Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

May ayının 6-da akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda Rusiya Federasiyası, Qazaxstan, Gürcüstan respublikalarından nümayəndələrin iştirakı gözlənilir. Konfransda yerli və xarici alimlər tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən elmi çıxışlar ediləcək, müəyyən mövzular ətrafında müzakirələr aparılacaq. Konfransda ümumən 200-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.

Konfransın proqramı təqdim olunur:

PDF FAYL