M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-də Mərkəzin 60 illik yubileyi münasibətilə təşkilat komitəsinin iclası keçirildi

11.01.2022-ci ildə akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-də Mərkəzin 60 illik yubileyi münasibətilə keçiriləcək konfransın təşkilat komitəsinin iclası keçirildi.

ECM PHŞ-nin baş direktoru, prof. R.M.Ağayevin sədrliyi ilə keçən iclasda konfransın təşkilat komitəsi və işçi qrupun tərkibi təsdiq edildi. İşçi qrupun vəzifələri, konfransa hazırlıq tədbirlərinin planı və təqvim cədvəli tərtib edilərək razılaşdırıldı.

Konfransın 04 iyun 2022-ci il tarixində keçirilməsi qərara alındı.