Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə (ECM) xalqımızın qəhrəmanlıq salnaməsi — 20 yanvar hadisəsinin 35-ci ildönümündə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

Tədbiri giriş sözü ilə açan ECM-in direktoru professor Rauf Ağayev çıxış edərək “1989-cu ilin bu günü, xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi mübarizənin simvolu oldu. 20 yanvar hadisəsi yalnız bizim tariximizdə deyil, bütün dünya üçün böyük bir dərs oldu. Həmin gün qəhrəmanlarımız öz həyatlarını fəda edərək, bizə azad və müstəqil bir vətən miras qoydular. Onların verdiyi şəhidlik və qəhrəmanlıq yalnız Vətənə deyil, millətimizin gücünə və azadlıq mücadiləsinə olan inamına işarə edir” – deyə diqqətə çatdırdı.

O, çıxışında həmçinin, 20 yanvar şəhidlərinin xatirəsini yaşatmaq və bu hadisənin xalqımızın yaddaşında əbədi olaraq qalması üçün bu cür tədbirlərin əhəmiyyətini vurğuladı. Direktor, ağacəkmə aksiyasının simvolik olaraq şəhidlərin xatirəsini əbədiləşdirmək, eyni zamanda ətraf mühitin qorunmasına xidmət etdiyini qeyd etdi. Bu cür tədbirlər, cəmiyyətin vətəndaşlarının bir araya gələrək, milli birliyi möhkəmləndirməsinə və şəhidlərimizin xatirəsini əbədiləşdirməsinə xidmət edir. Bu təşəbbüslər həm də ekoloji baxımdan müsbət təsir göstərərək, ətraf mühitin qorunmasına da töhfə verir. Ağacəkmə aksiyasında  iştirak edən ECM-in kollektivi, hər bir ağacın əkilməsi ilə şəhidlərimizə olan ehtiramlarını bir daha ifadə etməyə imkan verir.

Tədbirdə şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonda ECM-in həyətyanı sahəsində şəhidlərimizin əziz xatirəsini özündə əbədiləşdirən ağacəkmə aksiyası keçirildi. 180 ədəd Şərq çinarı, eldar şamı, evkalipt, tut, oleander, maqnoliya, lüküstürüm , akasiya, muşmula, adəm, sidr ağacları əkildi.

Allah Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!