2-ci beynəlxalq Qarabağ — Tətbiqi Elmlər Konqresi keçiriləcəkdir
8-10 noyabr 2021-ci il tarixlərində “Zəfər Günü və şəhidlərin xatirəsinə” 2-ci beynəlxalq Qarabağ — Tətbiqi Elmlər Konqresi keçiriləcəkdir. Geniş məlumat üçün bu linkə daxil ola bilərsiniz: https://www.scienceazerbaijan.org/karabagh)
Konqresin Azərbaycan tərəfindən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, “Naxçıvan” Universiteti, Türkiyə tərəfindən isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.
Konqresin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir. Təşkilat Komitəsinə Azərbaycan və Türkiyə respublikalarını təmsil edən bir sıra tanınmış alim və mütəxəssislər daxildir.
Tezislərin son göndərilmə tarixi: 21 oktyabr 2021-ci il.
Tezislər karabagkongresi@gmail.com ünvanına göndərilməlidir.
Konqresin elmi istiqamətləri:
- Riyaziyyat
- Mühəndislik
- Fizika, Kimya, Biologiya, Ətraf mühit elmləri
- Coğrafiya
- Tibb elmləri
- İdman elmləri
- Kənd təsərrüfatı elmləri
- Baytarlıq elmləri
- Təhsil elmləri
Azərbaycandan olan iştirakçıların bir tezisi üçün ödəniş 20 manatdır (ödəniş aşağıdakıları əhatə edir: canlı və ya onlayn iştirak, bütün müəlliflər üçün iştirak sertifikatı, tezislərin və tam mətnlərin (ISBN nömrə ilə) nəşr edilməsi, canlı olduğu halda isti və soyuq qəlyanaltılar, qurultaydan sonra Azərbaycan iştirakçıları üçün kitabın çatdırılması.
Tezisin yazı qaydaları:
- Hər tərəfdən kənar boşluqlar: 2,5 sm
- Şrift: Times New Roman, 12 pt
- Sətır aralığı: 1.00 sm
- Ad: Böyük hərflərlə verilir
- Açar sözlər: 3-5 söz
Tezisləriniz 200-300 söz arasında olmalıdır. Bundan əlavə, bütün müəlliflərin adı, soyadı, iş yeri, təhsil sahəsi, e-poçt ünvanları, mobil telefon nömrələri verilməlidir.
Tezislər ingilis dilində yazılmalıdır, Konqresdə təqdimat isə türk, Azərbaycan, ingilis dillərində ola bilər.