Akademik M.A.Topçubaşov adma Elmi Cərrahiyyə Mərkəzi 2023-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Cərrahlıq (3213.01) — 1 qiyabi- büdcə hesabına; 1 qiyabi — ödənişli əsaslarla;
- Anesteziologiya və reanimatologiya (3231.01) – 1yer (qiyabi; ödənişli əsaslarla);
- Ürək və damar cərrahlığı (3236.01) – 1 (əyani; büdcə hesabına); 1 (qiyabi; ödənişli əsaslarla);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Ürək və damar cərrahlığı (3236.01) — 1 (qiyabi; ödənişli əsaslarla);
Sənədlər 16 may 2023-cü il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZI 122 Tel: +994 12 432 11 86; +994 12 432 18 30 ; +994 12 432 00 84
e-mail ünvanı: ecm@esehiyye.az
e-mail: ecmerkez@gmail.com
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:
* ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənəclin surəti.
Dissertantlıq yolu ilə təhsil almaq üçün:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatiŞ rəhbərinin adma);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.