Cənab Prezident, Ad gününüz mübarək!

24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev cənabının ad günüdür.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və suverenliyinin qorunması və inkişafında, geosiyasi və iqtisadi gücünün artaraq dünya ölkələri arasında layiqli yer tutmasında əvəzsiz xidmətləri var və bu fəaliyyət indi də uğurla davam edir. Güclü liderlik, dərin intellektual biliyə sahib olmaq, uzaqgörənlik, vətənpərvərlik və prinsipiallıq kimi keyfiyyətlərə malik olan cənab Prezidentin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Onun rəhbərliyi ilə Azərbaycan ordusu 30 il düşmən əsarəti altında olan Qarabağı erməni işğalından azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-nin kollektivi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabını 60 illik yubileyi münasibətilə təbrik edir, Ona uzun ömür, can sağlığı, ölkəmizin və xalqımızın rifahı naminə gördüyü şərəfli işlərdə böyük uğurlar arzu edir!

ALLAH PREZİDENTİMİZİ QORUSUN!