Dissertant hazırlığı üzrə qəbul planları

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli N356s sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” təsdiq edilmişdir. Qeyd edilən sərəncam əsasında TƏBİB- in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktorant və dissertan hazırlığı üzrə qəbul elan edilir.

Akademik M.A.Topçubaşov adma Elmi Cərrahiyyə Mərkəzi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Cərrahlıq (3213.01) — 1 (qiyabi; ödənişli əsaslarla);
  • Anesteziologiya və reanimatologiya (3231.01) — 1 (qiyabi; ödənişli əsaslarla);
  • Ürək və damar cərrahlığı (3236.01) — 1 (qiyabi; ödənişli əsaslarla);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Cərrahlıq (3213.01) — 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktoranturaya:

  • Cərrahlıq (3213.01) — 1 (qiyabi; ödənişli əsaslarla);

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Şüa diaqnostikası (3225.01) — 1 (büdcə hesabına);
  • Ürək və damar cərrahlığı (3236.01) — 1 (büdcə hesabına).

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim

edilməlidir:

Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZI 122 Tel: +994 12 432 11 86; +994 12 432 18 30 ; +994 12 432 00 84

e-mail ünvanı: ecm@tabib.qov.az

e-mail: ecm@tabib.gov.az

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

— ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın

rəhbərinin adına);

  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq

edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

  • şəxsiyyəti təsdiq edən sənəclin surəti.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adma);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı;
  • «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun

müvafiq qaydada təsdiq edilmiş surəti;

  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə təhsil almaq üçün:

  • ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatiŞ rəhbərinin adma);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd edilən sərəncam əsasında TƏBİB- in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktoran və dissertant hazırlığı üzrə qəbul elanı artıq İTSDA-nin rəsmi veb səhifəsində yerləşdirilmişdir.

Elan:

https://its.gov.az/bloq/tebib-in-tabeliyinde-olan-elmi-tedqiqat-institutlari-ve-merkezlere-2021-ci-il-ucun-doktorant-ve- dissertant-hazirligi-uzre-qebul-elan-edilir