Elmi innovasiya və informasiya

Elmi Tibbi İnformasiya Şöbəsi (ETİŞ) 1972-ci ildə SSRİ Elm və Texnika üzrə Dövlət Komitəsinin 16.06.1968-ci il 156 saylı qəararına əsasən müstəqil elmi-tədqiqat bölməsi kimi yaradılmışdı. İnformasiya qrupu və tibbi kitabxanadan ibarət olan şöbənin rəhbəri 1998-ci ilə kimi t.e.n. S.İ.Mehdiyeva olmuş, 1998-ci ildən etibarən isə bu vəzifəni t.e.n. S.Ə.Aslanzadə yerinə yetirir.

2012-ci il ştat cədvəlinə əsasən Elmi Təşkilat şöbəsinin adı dəyişdirilərək Elmi İnnovasiya və İnformasiya şöbəsi adlandırılmılşdır.

Şöbənin əsas faəliyyət istiqamətləri aşağıdakılardır: 

  1. Elmi Cərrahiyyə Mərkəzinin (ECM) elmi-tədqiqat planlarının aktuallıq və müasirlik nöqteyi-nəzərindən obyektiv dəyərləndirilməsinə və mütəmadi inkişafına yardım olaraq informasiya mənbə və şəbəkələrindəki uyğun məlumatların tədqiqi və sinifləndirilərək toplanması, diqqətəlayiq xüsuslar barədə Mərkəzin rəhbərliyi və əməkdaşlarının məlumatlandırılmasına yardım etmək;
  2. Mərkəzin planlaşdırılmış elmi-tədqiqat işləri haqqındakı illik və dövrü hesabatların, hazırlanmaqda olan tibb üzrə fəlsəfə və tibb üzrə elmlər doktoru dissertasiyalarının tərtibinə yardım etmək, vacib görüldükdə alınmış elmi nəticələrin informasiya mənbə və şəbəkələrində yer almasını effektiv tərzdə təmin etmək;
  3. Elmi-tədqiqat planlarının həyata keçirilməsinin təmini ilə əlaqədar olaraq, prioritet elmi istiqa- mətlərdə aktual elmi-texniki nailiyətlər haqda məlumatların elmi analizini və onların  praktiki əhəmiyyətinin müəyyənləşdiriıməsi məqsədi ilə uyğun elmi tədqiqat qrupları arasında mütəmadi informasiya mübadiləsinin həyata keçirilməsini təşkil etmək;
  4. ECM-nin elmin müasir inkişaf problemlərina həsr edilmiş mövzularda mütəmadi olaraq təşkil etdiyi konfrans, seminar və digər tədbirlərin hazirlanması və keçirilməsinə yardım etmək.