Kardiocərrahiyyə üzrə elmi şöbə
Azərbaycanda ilk ixtisaslaşdırılmış ürək cərrahlığı şöbəsi 1976-cı ildə M.A.Topçubaşov adına ECM-nin nəzdində yaradılmışdır. 1977-ci ilin noyabrında ilk “qapalı”, 1979-cu ilin dekabrında isə “açıq” ürək əməliyyatlarının icrasına başlanılmışdır.
Ürək cərrahlığı şöbəsində, ürək transplantasiyasından başqa, qazanılmış ürək qüsurlarına görə bütün əməliyyatlar icra olunur: ürək qapaqlarının təmiri və protezlə əvəz olunması, aorta-koronar şuntlama, ürəyin birincili şişlərinin çıxarılması, qalxan aortanın və aorta qövsünün anevrizmalarının cərrahi müalicəsi, ürək exinokokkozlarının cərrahi müalicəsi, mürəkkəb ritm pozğunluqlarının və atrio-ventrikular blokadaların cərrahi müalicəsi, habelə 18 yaşdan yuxarı xəstələrdə ürəyin anadangəlmə qüsurlarının radikal korreksiyası.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu şöbə, müharibə zamanı baş vermiş penetrasiyaedici ürək yaralanmalarının süni qan dövranı şəraitində cərrahi müalicəsi sahəsində böyük klinik təcrübəyə malik olan kardiocərrahi mərkəzlərdən biridir.
Abdullayev Fuad Zeynal oğlu
- Vəzifə:Baş elmi işçi
- Doğum tarixi: 07.06.1947
- Bitirdiyi universitet: Azərbaycan Tibb Universiteti – 1970
- Ixtisas: həkim-kardiocərrah
- Professor,tibb elmləri doktoru
- 136 – dən artıq elmi məqalə, tezis və monoqrafiya müəllifidir
- larisa_cardio@azdata.net
Əliyev Eldar Hacıbala oğlu
- Vəzifə:Aparıcı elmi işçi
- Doğum tarixi: 02.02.1953
- Bitirdiyi universitet: Azərbaycan Tibb Universiteti – 1976
- Ixtisas: həkim-kardiocərrah
- Tibb üzrə fəlsəfə doktoru
- 65dən artıq elmi məqalə, tezis və monoqrafiya müəllifidir
- ealiyev53@gmail.com
Bağırov İmadəddin Möhübbət oğlu
- Vəzifə:Böyük elmi işçi
- Doğum tarixi: 28.03.1977
- Bitirdiyi universitet: Azərbaycan Tibb Universiteti – 2000
- Ixtisas: həkim-kardiocərrah
- Tibb üzrə fəlsəfə doktoru
- 20-dən artıq elmi məqalə, tezis müəllifidir
Mirzai Əkrəm İzzət oğlu
- Vəzifə: Kiçik elmi işçi
- Doğum tarixi: 12.10.1953
- Bitirdiyi universitet: Azərbaycan Tibb Universiteti – 1979
- Ixtisas: həkim-kardiocərrah
- 30-dan artıq elmi məqalə və tezis müəllifidir
Qayıbov Musa Vaqif oğlu
- Vəzifə: Kiçik elmi işçi
- Doğum tarixi: 05.12.1979
- Bitirdiyi universitet: Azərbaycan Tibb Universiteti – 2002
- Ixtisas: həkim-kardiocərrah
- Ürək-damar cərrahı uzman həkim
- 5-dən artıq elmi məqalə və 1 tezisin müəllifidir
- drgayibov@gmail.com




































































































