M.A.Topçubaşov adına ECM PHŞ-nin Elmi Şurasının növbəti iclası keçirilmişdir
15.02.2021-ci il tarixində akad. M.A.Topçubaşov adına ECM PHŞ-nin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəliyə əsasən mərkəzin baş həkimi t.e.d. Y.Q.Əliyev 2020-ci il üçün kliniki hesabat üzrə məruzə etdi. Hesabatda klinikanın praktiki fəaliyyəti slaydlarda cədvəl və qrafiklərlə tərtib edilərək geniş analiz edilib, uğurlar və çatışmazlıqlar barədə ətraflı məlumat verildi. Hesabat şura tərəfindən qənaətbəxş qiymətləndirildi. Gündəliyə əsasən sonrakı çıxışlar da ardıcıllıqla təqdim edildi.
Akad. M.A.Topçubaşov adına ECM PHŞ-nin tibb elmləri doktoru proqramı hazırlığı üzrə dissertantı, Qida borusu, mədə və 12 b. bağırsaq cərrahlığı şöbəsinin elmi işçisi, t.ü.f.d. T.R.İbrahimovun “Ahıl və qoca yaşda olan xəstələrdə kəskin xolesistitin ağırlaşmış formalarının müalicəsində lazer texnologiyalarının tətbiqi” mövzusunda 3213.01 “Cərrahlıq” ixtisasında tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin planı və elmi məsləhətçilər t.e.d., prof. R.M.Ağayev və t.e.d. R.D.Mustafayev (RF) təsdiq edildi.