M.Topçubaşov adına ECM-də 8 noyabr Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir
Azərbaycan xalqı 8 noyabrda tariximizin ən əlamatdar günlərindən birini — Vətən müharibəsində qələbə çaldığı Zəfər gününü qeyd edir.
Ali baş komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən zəfər yürüşünün nəticəsi olaraq 30 ilə yaxın bir vaxtda işğal altında olan doğma torpaqlarımızı düşmən tapdağından azad etdi və üçrəngli bayrağımızı Qarabağın müqəddəs torpaqlarında ucaltdı.
Bütün Azərbaycan xalqının birliyi və tam dəstəyi ilə əldə edilən bu şanlı və şərəfli hadisə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və daim bizim qəlbimizdə yaşayacaq.Bu şərəfli qələbənin qazanılmasında bizim kollektivin də az da olsa əməyi olmuşdur.Belə ki, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim və tibbi personal heyəti müharibənin ilk günlərindən yaralı igid əsgər və zabitlərimizə tibbi yardım göstərmişdilər. Həkim və tibb bacılarımız müxtəlif briqadalar şəklində cəbhə bölgələrinə ezamiyyə olunmuş, hərbi hospital və xəstəxanalarda yaralılarımıza cərrahi yardım göstərmişdilər. Cəbhə bölgələrindən və digər xəstəxanalardan Mərkəzimizə köçürülmüş ağır yaralılara yüksək ixtisaslı cərrahi yardım göstərilmiş və onlar sağ — salamat evə yazılmışdılar.
Oktyabrın 6-da Elmi Cərrahiyyə Mərkəzində 8 noyabr — Zəfər gününə həsr olunmuş iməcilik aksiyası həyata keşirilmişdir. Mərkəzin direktoru prof. Rauf Ağayev başda olmaqla bütün kollektiv bu aksiyada iştirak etmiş, klinikanın həyətində Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq 150-yə qədər fidan ağaclar əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür.
Allah Qarabağ müharibəsi şəhidlərinə rəhmət eləsin , qazilərimizə can sağlığı versin!
Müzəffər Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusuna eşq olsun!
Qarabağ Azərbaycandır!