Milli Qurtuluş Günü və Tibb İşçilərinin Peşə Bayramı Günü böyük coşğu ilə qeyd olunub
Azərbaycan Respublikasa Səhiyyə Nazirliyi akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 17 iyun — Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə ECM-in direktoru professor Rauf Ağayev, direktorun müalicə işləri üzrə müavini tibb üzrə fəlsəfə doktoru Nazim Hacıyev, Həmkarlar İttifaqı Komitəsinin sədri tibb üzrə fəlsəfə doktoru Cəmaləddin Kosayev və digərləri iştirak edib.
Təbrik nitqi ilə çıxış edən ECM-in direktoru professor Rauf Ağayev qeyd edib ki, 17 İyun — Tibb İşçilərinin Peşə Bayramı Günü, bildiyimiz kimi, ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla təsis edilib. Professor R. Ağayev ECM əməkdaşlarının timsalında milli-mənəvi qürurumuzun, fəxrimizin mənbəyi olan 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səmimi qəlbdən təbrik edib, uzun ömür, möhkəm can sağlığı, səhiyyəmizin inkişafı naminə yorulmaz fəaliyyətilərində yeni nailiyyətlər arzuladı.
Tədbirdə çıxış edən Həmkarlar İttifaqının sədri Cəmaləddin Kosayev tədbir iştirakçılarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra 17 iyun — Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif olunan bir qrup əməkdaşa hədiyyələr və gül dəstələri təqdim edilib.