Professor Cavanşir Zəkircayev Cəbrayıl oğlu

Professor C.C. Zəkircayev İnstitutun Damar Cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında 1 doktorluq və 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Professor C.C. Zəkircayev 200-ə qədər elmi əsərin müəllifi olmuşdur. Onun rəhbərliyi və iştirakı ilə Azərbaycanda ilk dəfə qarın aortası üzərində rekonstruktiv əməliyyatlar, yuxarı və aşağı ətrafların əsas arteriyaları üzərində mürəkkəb əməliyyatlar aparılmışdır.