Professor Fikrət Zərgərli İsmayıl oğlu
1929-cu ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. 1953- cü ildə 1-ci Moskva Tibb İnstitutunu bitirdikdən sonra həmin institutun fakültətiv cərrahiyyə kafedrasında ordinator olmuşdur. 1962-ci ildə ürək cərrahlığına həsr olunmuş mövzu üzrə namizədlik müdafiə etmişdir. 10 il Moskva ET kliniki və eksperimental Kardiologiya İnstitunda elmi işçi olmuş, doktorluq dissertasiyası müdafiə etmiş, 1967-ci ildə Moskvada Kardiologiya İnstitutunda ürək cərrahiyyə şöbəsinin müdiri olmuşdur.
O, 1978-ci ildə Respublikamıza qayıtmış, ET Kliniki və Eksperemental Cərrahiyyə İnstitutunun ürək cərrahiyyəsi şöbəsinə rəhbərlik etmişdir. Elə həmin ilərdə Səhiyyə Nazirliyinin baş cərrahı, Respublika Cərrahlar Cəmiyyətinin sədrinin müavini olmuşdur.