Professor Hidayət İsayevi 80 illik yubileyi münasibətilə təbrik edirik

Bu gün tibb elmləri doktoru, professor Hidayət İsayevin 80 yaşı tamam olur.

1944-cü ilin 04 sentyabrında anadan olan Hidayət İsayev 1960-cı ildə orta təhsilini gümüş medalla başa vuraraq Azərbaycan Tibb Universitetinin (o zamankı Nərimanov adına Azərbaycan Tibb İnstitutu) Müalicə-profilaktika fakültəsinə daxil olub. 1967-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirən Hidayət İsayev daha sonra 2 illik Leninqrad Hərbi Tibb Akademiyasında cərrahlıq ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə hərbi həkim kimi başlayan yubilyar Vyetnam müharibəsində hərbi səhra hospitalının aparıcı cərrahlaırndan biri kimi çoxsaylı hərbçinin həyatı və sağlamlığı üçün əlindən gələni əsirgəməyib.

Hidayət İsayev Vətənə qayıtdıqdan sonra uzun müddət M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Neyrotravmatologiya, Neyrocərrahiyyə, habelə Ümumi cərrahiyyə şöbələrinə, daha sonra yeni yaradılan İrinli-septikicərrahiyyə şöbəsinə rəhbərlik edib.

Sonralar əmək fəaliyyətini akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam etdirən yubilyar burada məhz özünün təşəbbüsü ilə yaradılan irinli-septiki cərrahiyyə üzrə elmitədqiqat laboratoriyasınınrəhbəri, direktorun elmi işlər üzrə müavini olub.

Uzun illər irinli peritonit, irinli xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsi ilə məşğul olan Hidayət İsayev toplanan kliniki materiallar əsasında Moskva şəhərində 1982-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1995-ci ildə dosent, 2000-ci ildə professor elmi adını alıb.

O, 400 elmi məqalə və tezisin, 5 monoqrafiyanın, 2 dərsliyin, 15-dən çox metodik tövsiyənin, 9 səmərələşdirici təklifin müəllifidir.

Elmi kadrların hazırlanmasında mühüm xidmətləri olan yubilyarın rəhbərliyi ilə 4 tibb üzrə elmlər doktoru, 30-a yaxın tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə olunub.

Dünya Cərrahlar Cəmiyyətinin həqiqi üzvü, Rusiya və Türkiyə Cərrahlar cəmiyyətlərinin üzvü olan Hidayət İsayev eyni zamanda Türkiyənin “Cərrahiyyə” jurnalının redaksiya heyətinin üzvüdür.

Dəyərli alimimizi 80 illik yubileyi münasibətilə çoxsaylı ECM kollektivinin adından səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, əmək fəaliyyətində, eləcə də yüksəkixtisaslı həkim və elmi kadrların hazırlanması işində yeni nailiyyətlər arzu edirik.

Ad gününüz mübarək!