Rəqəmsal şpris asanlıqla özü-özünə inyeksiya etmək imkanı verir
Rusiyalı mütəxəssislər tam rəqəmsal şpris hazırlayıblar. Portativ elektron cihaz pasiyentlərə həm özlərinə, həm də ev şəraitində istənilən şəxsə asanlıqla inyeksiya etmək imkanı verir.
Cihaz istifadəçi operatordan xüsusi tibbi bilik və bacarıq tələb etmir. Yəni, təlimatlarla ətraflı tanış olan hər kəs bu rəqəmsal şprisi rahat istifadə edə bilər. Mütəxəssislərin qənaətincə, yeni portativ elektron cihaz iynə qorxusu olan pasiyentlər üçün çox əlverişlidir.
İnyeksiya etmək üçün iynə keçirilən şprisi cihaza yerləşdirmək, müvafiq əzələnin üzərinə qoymaq və düyməni basmaq yetərlidir.
Şpris elektrik mühərrikinin köməyi ilə cihazda hərəkət edir. Cihaz elektrik enerjisi yüklənmiş 220 voltluq akkumulyatorla işləyir. Akkumulyatorun tam enerji yükü 20 inyeksiya üçün nəzərdə tutulub.
Cihaz bir neçə qoruyucu sistemə malikdir. Belə ki, ön hissədə təsadüfi işləmədən qoruyan sensor quraşdırılmışdır. Həmçinin rəqəmsal cihazın içərisində yerləşdirilən məhdudlaşdırıcı eyni şprisin təkrar istifadəsindən qorunmağa imkan verir.