Ulu öndər Heydər Əlyevin anadan olmasının 100-cü ildönümü münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Hörmətli həmkarlar!

Sizi 06 may 2023-cü ildə Bakı şəhərində Ulu öndər Heydər Əlyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək elmi-praktiki konfransın işində iştirak etməyə dəvət edirik. Konfransın elmi proqramı tibbin müxtəlif sahələrini əhatə edir.

Konfransın rəsmi dilləri azərbaycan, ingilis və rus dilləridir. Təqdim olunacaq tezislər azərbaycan və ingilis dillərində dərc olunacaq. Tezislər 1 və ya 2 səhifədə (format A4), “Times New Roman” şrifti ilə kompüterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır. Tezislər 01 aprel 2023-cü ilə qədər aşağıdakı ünvanda qəbul olunur: AZ 1112, Bakı ş., Şərifzadə küçəsi 196, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ. Tezislər konfransın təşkilat komitəsinin üzvü t.ü.f.d. B.Musayevə təhvil verilməlidir.

Tezislər elektron poçt ilə də göndərilə bilər: dr.bahruz@mail.ru

Tel: (+994 12) 434 07 90; 432 18 30; (+994 50) 349 55 66

Təşkilat Komitəsi konfransın işində Sizin iştirakınıza şad olacaq.