AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AKADEMİK M.A.TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİ
Akademik M.A.Topçubaşov adıma Elmi Cərrahiyyə Mərkəzi ilkin olaraq 1961- ci ildə Elmi Tədqiqat Experimental və Kliniki Təbabət institutu adı ilə təsis olunmuşdur. Belə ki, Azarbaycan SSR Nazirlər Kabinetinin 15 sentyabr 1961 -ci il 759 saylı əmri ilə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində Elmi-Tədqiqat Eksperimental və Kliniki Təbabət İnstitutunun yaranması qərara alınmışdır.
İlk dəfə bu instituta görkəmli cərrah və alim, akademiyanın müxbir üzvu, əməkdar elm xadimi, professor Fuad Ələddin oğlu Əfəndiyev direktor təyin edilmişdir. Qeyd etmək lazımdır ki, hələ 1947-ci ildə akademik M.Topçubaşovun rəhbərliyi ilə yuxarıda qeyd edilən adla yaradılmış institut (direktor-M. A.Topçubaşov) müxtəlif səbəblərə görə çox qısa müddətdən sonra fəaliyyətini dayandırmışdır.
1961-ci ildə İnstitutun yaradılmasında Azarbaycan Respublikası Elmlər Akademiyasının akademikləri M.A.Topçubaşov, Z.M. Məmmədov, C.Y. Huseynov, C.M. Abdullayev boyük əmək sərf etmişlər. Bu alimlərimizin əməyi sayəsində institut faktiki olaraq 1962-ci ilin ortalarından praktiki fəaliyyətə başlamışdır.
О zaman institutun inzibati hissəsi, döş qəfəsi cərrahlığı şöbəsi və kliniki laboratoriyası 4 saylı şəhər xəstəxanasında, eksperimental bazası isə Bakı şəhər 2 saylı kliniki xəstəxanada yerləşdirilmişdi.
SSRİ Elmi Texniki Komitəsinin 8 iyul 1965-ci il 212-ci saylı qərarına əsasən institutun Elmi-Tədqiqat işlərinin əsəs istiqamətləri ağciyər, ürək-damar cərrahiyyəsinin problemləri və endokrinologiyanın nəzəri problemləri təyin edilmişdir institutun ilkin strukturası aşağıdakı 5 bölmədən ibarət olmuşdur:
- Döş qəfəsi cərrahiyyəsi (biokimyəvi, qan laxtalanması laboratoriyaları və funksional diaqnostika kabineti ilə) – rəhbəri professor Ə. Əfandiyev;
- Kardiologiya şöbəsi (epidemioloji, ateroskleroz va hipertoniya xəstəliyi qrupları ilə) – rəhbəri akademik Cahangir Abdullayev;
- Carrahi endokrinologiya şöbəsi – rəhbəri akademik Zülfüqar Məmmədov;
- Patomorfologiya laboratoriyasi – rəhbəri akademik Cəlil Hüseynov;
- Eksperimental patoloji laboratoriya – rəhbərləri akademik Mustafabəy Topçubaşov va professor T. Qaibov.
1963-cü ildə SSRİ Nazirlər Sovetinin 23 fevral 222 saylı qərarı asasında institut SSRİ Tibb Elmləri Akademiyasının tərkibinə keçirilir. 1966-ci ildə isə SSRİ Səhiyyə Nazirliyinin 443 saylı əmrinə əsasən institut Azarbaycan SSR Səhiyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Bundan sonra institutun binalarının inşasına başlanır və SSRİ-nin mərkəzi klinikalarında institut üçün elmi-praktiki kadrların hazırlanması geniş miqyasda həyata keçirilir. 1973-cü ilin sonlarında İnstitutun binaları, о cümlədən 300 çarpayılı kliniki binasi işə başlamışdır. İnstitutun nəzəri korpusunun inşası 1980-ci ildə başa çatdırılaraq istifadəyə verilmişdir. Yalnız bundan sonra İnstitutun elmi-tədqiqat laboratoriyaları tam həcmdə öz vəzifələrini yerinə yetirməyə imkan tapmışdir.