Akademik Fazil Qurbanov Səməd oğlu (1944-2020)

Fazil Səməd oğlu Qurbanov 1973-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. O,1983-cü ildə Umumittifaq Elmi Cərrahiyyə Mərkəzində nəmizədlik dissertasiyası, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə F.Qurbanov Qastroenterologiya Elmi-Tədqiqat İnstitututnun Qida borusu, mədə, 12 barmaq bağırsağın cərrahlığı şöbəsinə müdir, eyni zamanda ATİ-nin II cərrahi xəstəliklər kafedrasına professor seçilmişdir. Qastroentero­logiya İnstitutu ECM-lə birləşdikdən sonra bir müddət bu vəzifədə işlədikdən sonra prof. F.Qurbanov Moskvaya dəvət olunmuş, Rusiya Xalqlar Dostluğu Universitetinin hospital cərrahiyyə kafedrasında omrünün sonuna qədər professor vəzifəsində çalışmışdır. F.Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2016-ci ildə ona Azərbaycan Respublikasnın əmakdar elm xadimi adi verilmişdir. Akademik F.S. Qurbanov 2019-cu ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Akademik Fazil Qurbanovun 260-dan çox elmi məqaləsi, 7 monoqrafiyası, 2 dərsliyi çapdan çıxmışdır. O,13 ixtiranın, 7 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 10 tibb elmləri doktoru və 19 tibb elmləri namizədi dissertasiya işi müdafiə edilmişdir. Onun tələbələri Azərbaycan və Rusiyanın qabaqcıl tibb müəssisələrində араrıcı cərrah kimi elmi praktiki fəaliyyətlərini davam etdirirlər.