AMEA-nın müxbir üzvü İsmayıl Abasov Teymur oğlu (1922-2006)

Azərbaycan MEA-nın müxbir üzvü, Respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsmayıl Teymur oğlu Abasov 1943-cü ildə Azər­baycan Tibb İnistitutunu bitirmişdir. 1966-cı ildə Moskvada doktorluq disertasiyasını müdafiə etmişdir.

1968-ci ildə Azarbaycan Dovlat Tibb İnistitutunun II müalicə fakültəsinin hospital terapiyası kafedrasına profes­sor vəzifəsinə seçilmişdir. 1971-ci ilin sentyabr ayından 1988-ci ilə qədər Respublika Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya Inistitutunda (5 №li klinik xəstəxanasınn bazasında) Respublikanın qastrenterologiya mərkəzi sayılan qastroenterologiya şöbəsinin rəhbəri işləmişdir.

1988-ci ildən isə Azərbaycan Respublikasıi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Qastroenterologiya inistitutu­nun terapiya şöbəsinə rəhbərlik etmişdir. Elmi-Tədqiqat

Qastroenterologiya İnistitutu Elmi Cərrahiyyə Mərkəzi ilə birləşdirildikdən sonra prof, İ. Abasov Terapevtik qastroenterologiya şöbəsinə rəhbərliyi davam etdirmişdir.

İ.T. Abasov mədə və 12 barmaq bağırsaq xorasnın penetrasiyasının və ya mədə xərçənginin mədə-altı vəzə keçməsinin labarator diaqnostikası metodikasının müəllifidir. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə (mədənin PH-metriya üsulunun tətbiqi ilə) farmakosekretor sınağın metodikasi işlənib hazırlanmışdır.

İ.T. Abasovun elmi fəaliyyətinin nəticələri 301 elmi işdə, о cümlədən 15 monoqrafiyada cəmlənmişdir.

Onun rəhbərliyi altında uzun illər işləmiş çoxsaylı əmakdaşlar, о cümlədən 2 tibb elmləri doktoru və 6 tibb uzrə fəlsəfə doktoru Azərbaycanda qastroenteroloqların praktik və elmi məktəbini formalaşdırmışdır.