Professor Nürəddin Rzayev Məmmədbağır oğlu
N.M.Rzayev 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir. 1958-ci ildə “Mezatonun cərrahiyyədə tətbiqi” mövzusunda namizədlik dissertasiyasi müdafiə etmiş, 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Eksperimental və Klinik Təbabət İnstitutunda elmi katib və az sonra elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1963-cü ildən həmin institutda direktor əvəzi, 1964-cü ildən institut direktoru vəzifəsində çalışmışdır.
1965-ci ildə “Ağciyər arteriyalarının enboliya və trombozları” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və professor adı alır. 300-dək elmi məqalənin müəllifi olan əməkdar elm xadiminin rəhbərliyi ilə 40-dək elmlər doktoru və elmlər namizədi hazırlanmışdır.