Professor Rauf Ağayev Ağakişi oğlu
Professor R.A. Ağayev 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1974 cü ildən son günlərə qədər akademik M.A.Topçubaşov adına ECM-nin Endokrin cərrahlığı şöbəsində çalışmışdır.
1981-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almış, 1993-cü ildə isə Rusiya Tibb Akademiyasının Endokrin Elmi Mərkəzində “Birincili hiperparaldosteronizm” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. 250-dən çox elmi məqalələrin, o cümlədən 4 metodik tövsiyyənin, 4 monoqrafiyanın həmmüəllifidir. 6 nəfər tibb üzrə fəlsəfə doktorunun elmi rəhbəri olmuşdur. N. Piraqov adına Cərrahlıq Cəmiyyətinin, Beynəlxalq Endokrin Cərrahları assosiyasının həqiqi üzvü, Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin həmsədri olmuşdur. İlk dəfə olaraq Respublikada qalxanvari vəzin xərçəngi zamanı limfotireoidektomiya, iki tərəfli adrenalektomiya (feoxramasitoma, İtşenko-Kuşinq xəstəliyi zamanı), nadir olan Cippl sindromu zamanı eyni vaxtda adrenalektomiya, tireoidektomiya əməliyyatı aparmışdır.