Professor Fikrət Mirsəlimov Mir-Mehdi oğlu
Professor F.M.Mirsəlimov 1929-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1953-cü ildə ATİ-ni fərqəmlənmə diplomu ilə bitirmişdir. 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən 1995-ci ilə qədər əməkdar elm xadimi, tibb elmlər doktoru, professor Fikrət Mir-Mehdi oğlu Mirsəlimov institutun Endokrin cərrahlığı şöbəsinə rəhbərlik edib. Onun rəhbərliyi altında şöbədə bütün endokrin vəzlər: tiroid, paratiroid, böyrəküstü, mədəaltı vəzləri, yumurtalıqlar üzərində əməliyyatların metodikası öyrədilib və aparılmağa başlanılıb. Bəzi əməliyyatlar respublikamızda ilk dəfə onun tərəfindən icra olunmuşdur: androsteromanın, feoxromositomanın, insulomanın çıxarılması, İtsenko-Kuşinq xəstəliyi zamanı bir və ikitərəfli epinefrektomiya.
Uzun müddət (1972-1994) institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 1972-1991-ci illərdə “Azərbaycan Tibb Jurnalı” dərcinin baş redaktoru olmuşdur. Onun rəhbərliyi altında 8 namizədlik dissertasiyası müdafiə olunmuşdur.