Yoğun və düz bağırsaq cərrahiyyəsi üzrə şöbəsi

Məmmədova Nərgiz Adil qızı

  • Vəzifə: Şöbə müdürü
  • Təvəllüd: 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
  • Təhsili: 1986-cı ildə Bakı şəhəri 190 saylı orta məktəbi qızıl medalla  bitirmişdir.1986-cıildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsinədaxil olmuş, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti: 1992-1994-cü illərdə Elmi-Tədqiqat Qastroenterologiya institutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçmişdir.
  • 1994-cü ildən 2000-ci ilə kimi ET Qastroenterologiya institutunun qaraciyər, öd yollari və mədəaltı vəzi cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 2000-ci ildən akad. M.A.Topçubaşov adına ECM-nin qaraciyər, öd yollari və mədəaltı vəzi cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildən akad. M.A.Topçubaşov adına ECM-nin yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 2018-ci ildən isə elmi işçi vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb üzrə fəlsəfə doktorudur. 2016-cı ildə “Kəskin destruktiv  pankreatitli xəstələrdə qastroduodenal ağırlaşmaların profilaktikası və müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
  • Nəşrləri: 11 məqalə,25 tezis, 1 səmərələşdirici təklif və 1 monoqrafiyanınmüəllif və həmmüəllifidir.
  • E-mail: naranika2008@mail.ru

Xəlilova Məsumə Pənah qızı

  • Vəzifə: Həkim-ümumi cərrah
  • Təvəllüd: 1942 Baki  şəhərində anadan olmuşdur.
  • Təhsili: 1960-1966-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
  • İxtisası: Kardioloq
  • Fəaliyyəti: 1966-1976 illərdə Eksperimental və Klinik Təbabət ET institutunun Kardiologiya şöbəsində kiçik elmi işçi, 1976 –cı ildən baş elmi işçi, 1986-cı ildən ürək cərrahiyyəsi şöbəsində baş elmi işçi, 1990-cı ildən ürək cərrahiyyəsi şöbəsində klinika müdiri, 1994-cü ildən aparıcı elmi işçi, 1995-ci ildən cərrahi qastroenterologiya şöbəsində baş elmi işçi vəzifəsində işləmişdir. 2000-ci ildən2006-cı ilə kimi akad. M.A.Topçubaşov adına ET Klinik Təbabət institutunun Cərrahi qatroenterologiya şöbəsində həkim ordinator  vəzifəsində işləmişdir. 2006-cı ildən hal-hazıra kimi akad. M.A.Topçubaşov adına ECM-nin Yoğun və düz bağırsaq xəstəliklərinin cərrahiyyəsi şöbəsində həkim ordinator  vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb elmləri namizədidir.1970-ci ildə «Влияние Нафталанотерапии на электролитный обмен и некоторые показатели гемодинамики у больных с сопутствующим атеросклерозом и гипертонической болезнью»mövzsundadissertasiya müdafiə etmişdir.
  • Nəşrləri: 50məqalə və tezisin,1metodik tovsiyyənin müəllif və həmmüəllifidir.
  • E-mail: yusubova63@gmail.com

Cəbiyev Elestun Muxtar oğlu

  • Vəzifə: Həkim-ümumi cərrah
  • Təvəllüd: 1961-ci ildə Göyçay rayonunda anadan olmuşdur.
  • Təhsili: 1980-cı ildə Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1986-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti: 1987-1991-ci illərdə Kəlbəcər RMX-da həkim kimi çalışmışdır. 1991-1993-cü illədə akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət institutunda ordinatura keçmişdir. 1993-2006-cı illərdə həmin institutun irinli-septik cərrahiyyə şöbəsində çalışmışdır. 2006-cı ildən akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsində həkim-ordinator vəzifəsində çalışır.

Hüseynov İlqar Xəlil oğlu

  • Vəzifə: Həkim-ümumi cərrah
  • Təvəllüd: 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • Təhsili: 1982-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1988-cı ildə bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 1988-1989-ci illərdə Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Azesteziologiya və reanimasiya şöbəsində internatura keçmişdir. 1989-1992-ci illərdə Ağsu RMX-da, 1992-1995-cü illərdə Bakı şəhəri Azərsutikinti xəstəxanasında anestezioloq-reanimatoloq kimi çalışmışdır. 1995-ci ildəcərrahiyyəüzrə 6 aylıq ixtisasdəyişmə kursları keçmiş, 2006-cı ilə kimi akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət institutunun İrinlik-septik cərrahiyyə şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 2006-cı ildən akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsində həkim-ordinator vəzifəsində çalışır.
  • E-mail: huseynovjob@gmail.com