Yoğun və düz bağırsaq cərrahiyyəsi üzrə elmi şöbəsi

2006-cı ildə yaradılmış Yoğun və düz bağırsağın cərrahlığı şöbəsinə professor Qurbanxan Müslümov rəhbərlik edir. Respublikada cərrahi koloproktologiya sahəsində yeganə ixtisaslaşmış qurum olan bu şöbədə yoğun və düz bağırsaq üzərində hər il 500-ə yaxın mürəkkəb cərrahi əməliyyatlar icra edilir.

Müslümov Qurbanxan Fətəli oğlu

  • Vəzifə: Şöbə rəhbəri
  • Təvəllüd: 02.03.1968-ci ildə Lerik rayonunda anadan olmuşdur.
  • Təhsili: 1985-1993-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 1993-cü ildə Füzuli rayonunda Tibbi Evakuasiya Hospitalının komandiri olmuşdur. 1993-1995-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində cərrahiyyə ixtisası üzrə klinik ordinatura keçmişdir. 1995-2000-ci illər ərzində akad. M.A.Topçubaşov adına ECM-nin mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 2001-2002-ci illərdəM.A.Topçubaşov adına ECM-nin qaraciyər, öd yollari və mədəaltı vəzi cərrahiyyəsi şöbəsində böyük elmi işçi vəzifəsində işləmişdir.
  • 1997- 2018-ci illərdə M.A.Topçubaşov adına ECM-də elmi katib vəzifəsini icra etmişdir. 2018-ci ildən isə M.A.Topçubaşov adına ECM-nin yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsinin rəhbəri vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Professor,  Tibb üzrə elmlər doktorudur. 1999-cu ildə «Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi»mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 2010-cu ildə «Mədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicənin nəticəsinə təsiri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
  • Nəşrləri: 3 səmərələşdirici təklifin, 1dərsliyin, 1 kitabın, 1 monoqrafiyanın, 2 metodik tövsiyyənin, 60 məqalə və 41 tezisin müəllifi və həmmüəllifidir.
  • E-mail: gmuslumov@gmail.com

Məmmədov Nazim İlyas oğlu

  • Vəzifə: Baş elmi işçi
  • Təvəllüd: 03.01.1955-ci ildə anadan olmuşdur.
  • Təhsili: 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun  Imüalicə-profilaktika fakultəsini bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 1980-1981-ci illərdə Rusiya Federasiyasının Kuybışev (hazırda Samara) şəhərində internatura keçmişdir. 1981-1985-ci illərdə Tatarstan Respublikası Buqulma şəhəri Dəmiryol xəstəxanasında cərrah-ordinator, şöbə müdiri vəzifəsində çalışmışdır. 1985-1987-ci illərdə D.Ulyanov adına Samara Tibb Universitetində cərrahiyyə üzrə klinik ordinatura keçmişdir. 1987-1992-ci illərdəTatarstan Respublikası Buqulma şəhəri Dəmiryol xəstəxanasında cərrah-ordinator, şöbə müdiri vəzifəsində işləmışdır. 1992-1995 illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında cərrah ordinator kimi fəaliyyət göstərmişdir. 1995-2006-cı illərdə akad. M.A.Topçubaşov adına ET Klinik Təbabət institutunun irinli-septik cərrahiyyə şöbəsində elmi işçi işləmişdir. 2007-ci ildən bu günə qədər Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin koloproktologiya şöbəsində böyük elmi işçi vəzifəsində, 2018-ci ildən şöbə müdiri vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Böyük elmi işçi. Tüed. 2004-cüildə«Yayılmış irinli peritonit şəraitində qoyulan nazik bagırsaq anastomozu tikişləri çatmamazlığının profilaktikası tədbirləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 2018-ci ildə «Использование  лазеров  и новых технологий в комплексном хирургическом лечении  посттравматических свищей прямой кишки»     mövzusunda  doktorluq dissertasiyasını müdafiə etmişdir.
  • Nəşrləri: 3 ixtiranın,1 səmərələşdirici təklifin, 43 məqalə, 50 tezisin müəllifi və həmmüəllifidir.
  • E-mail: n55@mail.ru

Musayev Bəhruz Vilayət oğlu

  • Vəzifə: Aparıcı elmi işçi
  • Təvəllüd: 1983-ci ildə Xanlar rayonunda anadan olmuşdur.
  • Təhsili: 2000-ci ildə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2006-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 2006-2009-cu illərdə akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aspirantura keçmişdir.
  • 2010-cu ildən 2017-ci ilə kimi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 2018-ci ildən elmi işçi vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb üzrə fəlsəfə doktorudur. 2010-cu ildə «Новые подходы в лечении острого гнойного перитонита» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • Nəşrləri: 2 səmərələşdirici təklifin, 28 məqalə və tezisin müəllifi və həmmüəllifidir.
  • E-mail: bahruz@mail.ru

Xəlilov Azad Cavanşir oğlu

  • Vəzifə: Böyük elmi işçi
  • Təvəllüd: 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • Təhsili: 1991-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 1991-1992-ci illərdə 5 nömrəli Bakı Şəhər Klinik xəstəxanasında ümumi cərrahiyyə üzrə internatura keçmişdir.
  • 1992-2000 illərdə ET Qastroenterologiya institutunun Bağırsaq cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 2000-ci ildən 2006-cı ilə kimi akad. M.A.Topçubaşov adına ET Klinik Təbabət institutunun Cərrahi qatroenterologiya şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 2006-cı ildən 2018-ci ilə kimi akad. M.A.Topçubaşov adına ECM-nin Yoğun və düz bağırsaq xəstəliklərinin cərrahiyyəsi şöbəsində böyük elmi işçi vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb elmləri namizədidir. 2000-cu ildə «Диагностика и хирургическое лечение послеоперационных перитонитов» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • Nəşrləri: 2 səmərələşdirici təklifin,1 metodik tövsiyyənin, 47 məqalə və tezisin müəllifi və həmmüəllifidir.
  • E-mail: azad_x@rambler.ru

İmanova Nərgiz Cahangir qızı                                                                                                                           

  • Vəzifə: Elmi işçi
  • Təvəllüd: 1965-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
  • Təhsili: 1983-cü ildə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 1989-1990-cı illərdə akad. M.Ə.Mir-Qasımov adına RKX-nın İrinli cərrahiyyə şöbəsində ümumi cərrah ixtisası üzrə internatura keçmişdir. 1991-1994-cü illərdə Sumqayıt şəhəri 3 saylı uşaq poliklinikası, 1 saylı şəhər xəstəxanası, 3 saylı şəhər poliklinikasında travmatoloq, uroloq, cərrah vəzifələrində işləmişdir. Həmin müddət ərzində əvəzçiliklə akad. M.Ə.Mir-Qasımov adına RKX-nın II-qəbul şöbəsində ümumi cərrah vəzifəsində çalışmışdır. 1994-cü ildən 2006-cı ilə kimi akad. M.A.Topçubaşov adına ET KEC institututun irinli-septik cərrahiyyə şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 2006-cı ildən 2018-ci ilə kimi akad. M.A.Topçubaşov adına ECM-nin Yoğun və düz bağırsaq xəstəliklərinin cərrahiyyəsi şöbəsində kiçik elmi işçi və 2018-ci ildən elmi işçi vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb üzrə fəlsəfə doktorudur. 2007-ci ildə “İrinli-septik cərrahi xəstələrin müalicəsində immunitetin zəfəranla stimulyasiyası” mövzusunda  namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • Nəşrləri: 1metodik tövsiyyənin,60-dan çox məqalə və tezisin müəllifi və həmmüəllifidir.
  • E-mail: nargiz_2007_65@mail.ru

Əliyev Faiq Vəlhəm oğlu

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1977-ci ildə Şəki rayonunda anadan olmuşdur.
  • Təhsili: 1994-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2000-ci ildə bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 2000-2001-ci illərdə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçmişdir. Tələbəlik illərində 5 və 3 №-li TTTY stansiyalarında, Mərkəzi Neftçilər xəstəxanasında, Mərkəzi Hərbi Hospitalında feldşer kimi fəaliyyət göstərmişdir. 2001-2003-cü illərdə Şəki şəhərində həkim-cərrah kimi əmək fəaliyyətində olmuşdur. 2003-2006-cı illərdə ATU-nun II Cərrahi xəstəliklər kafedrasında aspirantura keçmişdir. 2006-cı ildən bu günə qədər akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb üzrə fəlsəfə doktorudur. 2006-cı ildə «Xroniki kolostazların cərrahi müalicəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • Nəşrləri: 2 kitabın, 3 metodik tövsiyyənin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin, 40 məqalə və tezisin müəllifidir.
  • E-mail: dearletter@mail.ru

Cəfərov Hafiz Zöhrab oğlu

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1987 – 1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti: 1994-1995-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində internatura keçmişdir.
  • 1995-1998-ci illərdə təyinat üzrə 11 saylı şəhər poliklinikasında həkim-onkoloq işləmişdir. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində klinik-ordinatura keçmişdir. 2002-ci ildən bu günə qədər akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Elmi dərəcəsi: Tibb üzrə fəlsəfə doktorudur. 2016-cı ildə “İntraperitoneal yerləşən qalxan çənbər bağırsağın yaratdığı patofizioloji dəyişikliklərin diaqnostikasının və müalicəsinin müasir prinsipləri” mövzusu üzrə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
  • Nəşrləri: 20 məqalə və tezisin müəllifi və həmmüəllifidir.
  • E-mail: hafiz_327@mail.ru

Abbasova Xatirə Telman qızı

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1974-cü ildə Laçın rayonunda anadan olmuşdur.
  • Təhsili: 1991-ci – 1997-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirmişdir,1997-ci ildə fərqlənmə diplomu, C.Abdullayev adına təqaüdlə bitirmişdir.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti: 1997-1998-ci illərdə Abbasov adına Şəhər Onkoloji Dispanserdə internatura keçmişdir. 2001-2002-ci illərdə Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun Uroginekoloji cərrahiyyə şöbəsində həkim-ordinator, 2002-2006-cı illərdə həmin institutun Mədə-bağırsaq cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 2006-ci ildən hal-hazıra kimi Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Nəşrləri: 26 məqalə, tezis və metodik tövsiyyənin müəllifi və həmmüəllifidir.
  • E-mail: abbasova74@hotmail.com

Quliyeva Aynur Eldar qızı

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • Təhsili: 1998-2004-cü illərdəAzərbaycanTibbUniversitetindətəhsilalıb.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti: 2004-2005 illərdə Şəhər Onkoloji dispanserdə internatura keçmişdir.
  • 2007-ci ildən akad. M.A.Topçubaşov adına ECM-nin yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Nəşrləri: 4 məqalə, 9 tezisinhəmmüəllifidir.
  • E-mail: ajnur@mail.ru

Əliyeva Aynurə Oqtay qızı

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • Təhsili: 2003-2009 -cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti:2009-2010  Akademik Mirqasımov adına Respublika xəstəxanasında internatura keçib.
  • 2012-ci ildən Akademik M.A .Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Nəşrləri: 6 məqalə, 1 tezisin həmmüəllifidir.
  • E-mail: aynurkadoctor@mail.ru

Əliyeva Kəmalə Azər qızı

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.
  • Təhsili: 2000-2006 –cı illərdə AzərbaycanTibb Universitetində təhsil alıb.
  • İxtisası: Ümumi cərrah
  • Fəaliyyəti: 2006-2007-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında internatura keçmişdir.
  • 2016-cı ildən akad. M.A.Topçubaşov adına ECM-nin yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Nəşrləri: 5 məqalə, 1 tezisin həmmüəllifidir.
  • E-mail: kmelikmamedova@yahoo.com

Məmmədov Elvin Xeyrulla oğlu

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 2010-cu1987-ci ildə Lənkəran rayonunda anadan olmuşdur.
  • 5 ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 2010-2011-ci illərdə Lənkəran MRX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.
  • 2012-2017-ci illərdə M.A.Topçubaşov adına ECM-dəümumi cərrahiyyə ixtisası üzrə rezidentura keçmişdir.
  • 2018-ci ildən akad. M.A.Topçubaşov adına ECM-nin yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
  • Nəşrləri: 1 tezisin müəllifidir.
  • E-mail: elvin_87@mail.ru

Həsənova Qərənfil Həsən qizi

  • Vəzifə: Kiçik elmi işçi
  • Təvəllüd: 1977- ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
  • Təhsili: 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
  • İxtisası: Umumi cərrah
  • Fəaliyyəti: 2002-2003-cü illərdə 3 nömrəli şəhər klinik xəstəxanasında həkim-interna kimi çalışmışdır. 2004-cü ildən Akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun irinli-septik cərrahiyyə şöbəsində həkim ordinator, 2006-ci ildən hal-hazıra kimi Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində həkim ordinatorkimi çalışır.
  • Nəşrləri: 2 tezis və 1 məqalənin həmmuəllifidir.
  • E-mail: hasanovaqaranfil@mail.ru