Patomorfologiya laboratoriyası
Patomorfoloji laboratoriya Elmi Cərrahiyyə Mərkəzinin əsas laboratoriyalarından biri kimi fəaliyyət göstərir. Hazırda şöbəyə t.ü.f.d., dosent Fikrət Xanhüseyn oğlu Əliyev rəhbərlik edir. Eyni zamanda şöbədə 1 böyük elmi işçi, 1 elmi işçi, 2 laborant və bir preparator fəaliyyət göstərir. Laboratoriyada diaqnostik və cərrahi biopsiyaların histomorfoloji dəyərləndirilməsi icra edilir.