Endokrin cərrahlığı şöbəsi
1961-ci ildə akademik Z.M.Məmmədovun təşəbbüsü ilə yaradılmış Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunda cərrahi endokrinologiya şöbəsi yaradıldı. Şöbəyə akademik özü rəhbərlik edirdi. O vəfat etdikdən sonra 1971-ci ildən şöbəyə 25 il ərzində professor, əməkdar elm xadimi Fikrət Mir-Mehdi oqlu Mirsəlimov rəhbərlik etmişdir.
1995-ci ildən 2016-ci ilə qədər şöbəyə t.e.d. professor R.A.Ağayev rəhbərlik edib. Hal hazirda şöbə rəhbəri t.ü.e.d., professor Fəridə Xeyrəddin qızı Saidovadır.
Şöbənin əsas elmi istiqamətləri:
Qalxanabənzər vəzin müxtəlif cərrahi xəstəliklərin müasir klinik – laborator və instrumental metodların istifadəsi ilə vaxtında diaqnostikası və cərrahi müalicə üsullarının uğurla tədbiqi.
Şöbədə əməliyyatlar müasir innovasion metodlarının tətbiqi ilə, xüsusən, “Covidien Ligasure” və neyromonitor cihazının vasitəsilə aparılır. Neyromonitorla (sinir monitoru) aparılan əməliyyat zamanı n.recurrens (qayıdan sinir) aşkarlanır və qorunur. Neyromonitorun istifadəsi zamanı səs sinirlərinin kəsilməsi ehtimalı 2-5% qədər enir. Hal hazırda şöbəmizdə endoskopik tireoidektomiyanın aparılması üçün kadr ixtisaslaşması aparılır.
Birincili hiperparatireoz diaqnozu olan xəstələrdə cərrahi müalicənin aparılması.
Böyrəküstü vəzin müxtəlif xəstəliklərinin (Kuşinq sindromu, kortikosteroma, Konn sindromu, aldosteroma, androsteroma, feoxromasitoma, insidentaloma) cərrahi müalicənin açıq və laparoskopik üsulla icra olunması.
Şöbədə 3 doktorluq, 15 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Şöbənin əməkdaşları tərəfindən 1 dərslik, 5 ixtira, 6 monoqrafiya, 11 metodik tövsiyyə, 10 səmərələşdirici təklif hazırlanmışdır.
Saidova Fəridə Xeyrəddin qızı
- Vəzifə: şöbə rəhbəri
- Təvəllüd: 1960
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 1985
- İxtisas: ümumi cərrah, endokriniloq.
- Elmi dərəcəsi və adı: tibb elmləri doktoru. Professor.
- Elmi məqalə, tezis və monografiya sayı: 2 ixtira, 1 dərslik, 2 monoqrafiya, 1 metodik tövsiyyə, 2 səmərələşdirici təklif, 200 yaxın tezis və məqalə
- İş fəaliyyəti: AAK-nın Ekspert Şurasının üzvü, Ə.Əliyev adına AzDHTİ-nun cərrahiyyə kafedrasının professoru, Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədr müavini.1988-ci ildə Akad.M.A.Topçubaşov adına ECM- aspirantura, 1992-ci ildən elmi işçi.
- E-mail: farida.s.x@mail.ru
Bədirov Sadiq Sahib oğlu
- Vəzifə: şöbə müdiri
- Təvəllüd: 1974 il
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 1997il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- İş fəaliyyəti: 1998 ildən bu günə qədər Akad.M.A.Topçubaşov adına ECM-in endokrin cərrahiyyə şöbəsində işləyir
- 2001-2002, 2006-2007-ci illər arasında TC İstanbul Tibb Fakültəsi Genel Cerrahi ABD endokrin cərrahiyyə ixtisası üzrə işləmişdir
- E-mail: babirovsadiq@yahoo.com
Zamanov Ramiz Məhəmməd oğlu
- Vəzifə: baş elmi işçi
- Təvəllüd: 1959 il
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 1987 il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 1monoqrafiya, 1 metodik tövsiyyə, 1 müəllif şəadətnaməsi, 60 yaxın tezis və məqalə
- İş fəaliyyəti: 1988-ci ildən Akad. M.A.Topçubaşov adına ECM.
- E-mail: ramiz.zamanov@gmail.com
Ağayeva Aytən Rauf qızı
- Vəzifə: aparıcı elmi işçi
- Təvəllüd: 1971
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 1987il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.Rusiya Federasiyası tibb elmləri doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 3monografiya, 7 metodik tövsiyyə, 1 kliniki protokol, 1 səmərələşdirici təklif, 150 çox tezis və məqalə müəllifidir, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
- İş fəaliyyəti: N.İ.Piroqov adına cərrahlar assosiasiyasının həqiqi üzvüdür, 1993-cü ildən Akad. M.A.Topçubaşov adına ECM.
- E-mail: r.agayev47@mail.ru
Şahsuvarov Oruc Müseyib oğlu
- Vəzifə: aparıcı elmi işçi
- Təvəllüd: 1939
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 1965 il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 1 monografiya, 2 ixtiranın, 5 səmərələşdirici təklif, 2 metodik tövsiyyə, 165 elmi məqalə və tezis.
- İş fəaliyyəti: 1967-ci ildən Akad. M.A.Topçubaşov adına ECM.
Hüseynov Rasim Hacı oğlu
- Vəzifə: böyük elmi işçi
- Təvəllüd: 1956
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 1979 il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 2 səmərələşdirici təklif, 100 yaxın tezis və məqalə
- İş fəaliyyəti: 1988-ci ildən Akad. M.A.Topçubaşov adına ECM.
- E-mail: huseynov.rasim1956@mail.ru
Yusifov Sebuhi Yusif oğlu
- Vəzifə: aparıcı elmi işçi
- Təvəllüd: 1980
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 2002il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 50 yaxın tezis və məqalə.
- İş fəaliyyəti: 2002-ci ildən Akad. M.A.Topçubaşov adına ECM.
- E-mail: dr.yusifovsabuhi@gmail.com
Səfərova Lalə Şəmşad qızı
- Vəzifə: elmi işçi
- Təvəllüd: 1985
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 2008il
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 1 klininki protokol, 25 yaxın tezis və məqalə.
- İş fəaliyyəti: 2008-ci ildən Akad. M.A.Topçubaşov adına ECM.
- E-mail: lalasafarova85@mail.ru
Aslanova Jalə Babaqızı
- Vəzifə: kiçik elmi işçi
- Təvəllüd: 1980
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 2003il
- İxtisas: ümumi cərrah
- Elmi məqalə, tezis və monografiya sayı: 1 klininki protokol , 20 yaxın tezis və məqalə
- İş fəaliyyəti: 2003-cü ildən Akad.M.A. Topçubaşov adına ECM.
- E-mail: jal-aslanova2005@yandex.ru
Mayılova Aygün Əliniyaz qızı
- Vəzifə: kiçik elmi işçi
- Təvəllüd: 1984
- Ali təhsil(bitirdiyi universitet və tarix): A.T.U 2006
- İxtisas: ümumi cərrah
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
- Elmi məqalə, tezis və monografiya sayı: 6 məqalə 2 tezis
- İş fəaliyyəti: 2018 -ci ildən akademik M.A,Topçubaşov adına ECM
- E-mail: aygun.mayilova@gmail.com