Bir cərrahın müharibə günləri: “Hamı dedi ki, ölüb-eləmə”

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Vətən müharibəsində həkim kimi xidmət göstərən Tural Abbaszadə Baku TV-yə müsahibə verib.

Müharibənin ilk günündən cəbhəyə yollanan həkim həmin dövrdə yaşadığı unudulmaz anlardan danışıb.

“Bütün müayinə və müalicələri saysaq, ilk günlərdə elə olub ki, 200-ə yaxın xəstəyə baxmışıq”, — deyə cərrah qeyd edib.

T.Abbaszadə şəhid olduğu deyilən əsgəri xilas etməsindən də bəhs edib:

“Aşağı ətraflarının ciddi zədələnməsi var idi. Əməliyyat masasında keçindiyini dedilər. Qonşu otaqda əməliyyatımı bitirib, çıxdım, ürək masajı etdim. Daha sonra şprislə ürəyinə adrenalin vurdum, əsgər ayıldı”.

oxu.az