27 sentyabr 2025-ci il tarixində Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anım mərasimi keçirilib
Bu gün — 27 sentyabr, Azərbaycan tarixinin şərəf və qürur dolu səhifələrindən biri, Vətən müharibəsinin başlandığı gün kimi xalqımızın yaddaşında əbədi yer alıb. Bu münasibətlə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anım mərasimi keçirilib.
Mərkəzin qarşısında yerləşən “Dəmir yumruq” simvolunun önündə kollektivin iştirakı ilə şəhidlərimizin əziz xatirəsi yad olunub. Tədbir zamanı şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq əklil qoyulub, onların xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Mərasimdə ECM–nin direktoru Rauf Ağayev çıxış edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının birliyinin, iradəsinin və əyilməz ruhunun təntənəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə apardıqları mübarizə hər zaman yüksək dəyərləndiriləcək, xalqımız onları heç vaxt unutmayacaq.






























































































