Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini Fəxri Fərmanla təltif olunub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin inzibati işlər üzrə direktor müavini Ağayev Anar Seyran oğlu Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
Təltif Azərbaycan Respublikasının dövlətçilik və suverenlik dəyərlərinin xüsusi əhəmiyyət daşıdığı bu əlamətdar gün ərəfəsində Anar Ağayevin ictimai fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi adından Anar Seyran oğlunu bu münasibətlə səmimi-qəlbdən təbrik edir, ona məsuliyyətli fəaliyyətində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq.

































































































