Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2026-cı il üçün doktoranturaya qəbul ELAN EDİR

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
•⁠ ⁠Cərrahlıq (3213.01) — 1 yer qiyabi- büdcə hesabına; 1 yer qiyabi — ödənişli əsaslarla;
•⁠ ⁠Anesteziologiya və reanimotologiya (3231.01) – 1 yer (qiyabi, ödənişli əsaslarla);
•⁠ ⁠Ürək və damar cərrahlığı (3236.01) – 1 yer (qiyabi, ödənişli əsaslarla);

Sənədlər 09 iyun 2026-cı il, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZI 122
Tel: +994 12 497 71 58; +994 12 432 18 30
e-mail ünvanı: ecm@esehiyye.az
e-mail: ecmerkez@gmail.com
Fəlsəfə doktoru proqramı hazırlığı üzrə doktoranturaya qəbul üçün:
•⁠ ⁠ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
•⁠ ⁠kadrların şəxsi-qeydiyyat vərəqi;
•⁠ ⁠tərcümeyi-hal;
•⁠ ⁠2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
•⁠ ⁠iş yerindən xasiyyətnamə;
•⁠ ⁠iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
•⁠ ⁠çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
•⁠ ⁠ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
•⁠ ⁠şəxsiyyəti təsdiq edən sənədin surəti.