Çin Milli İnsan Genomu Mərkəzinin departament direktoru Səhiyyə Nazirliyinin bir sıra elmi-tədqiqat müəssisələri ilə tanış olub
Azərbaycanda səfərdə olan Çin Milli İnsan Genomu Mərkəzinin Kliniki Tibb Departamentinin direktoru Lin Şi və Bazarın Əməliyyat Departamentinin direktoru Zhihua Quo Səhiyyə Nazirliyinin bir sıra elmi-tədqiqat institut və mərkəzləri ilə tanış olublar.
Ziyarətin məqsədi genom tədqiqatları və hüceyrə terapiyaları sahəsində Çin və Azərbaycan arasında elmi əməkdaşlıq perspektivlərini müzakirə etmək, məlumat və təcrübə mübadiləsi aparmaq olub.
Çin nümayəndə heyətinə nazirliyin Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Sanatoriyası və V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun fəaliyyəti, yaranma tarixi, struktur bölmələri və son illərdə həyata keçirilən tibbi və elmi yeniliklər haqqında ətraflı məlumat verilib.
Görüşlər zamanı xüsusi olaraq kök hüceyrə texnologiyaları və regenerativ tibb sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, bu texnologiyaların damar, oynaq, sinir və digər sistem xəstəliklərinin müalicəsində tətbiq imkanları üzərində fikir mübadiləsi aparılıb.