Elmi Cərrahiyyə Mərkəzində Zəfər günü qeyd edilib

08 noyabr-Zəfər Günü münasibətilə Elmi Cərrahiyyə Mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdə mərkəzin rəhbərliyi, həkimlər, tibb işçiləri  və əməkdaşlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev çıxış edərək tədbirin iştirakşılarını Zəfər günü münasibəti ilə təbrik etdi. O, 44 günlük Vətən müharibəsində xalqımızın birliyi, ordumuzun gücü və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbədən danışdı. Rauf Ağayev qeyd etdi ki, bu Zəfər Azərbaycan xalqının milli həmrəyliyinin, igid oğullarımızın qəhrəmanlığının və Vətən sevgisinin parlaq təzahürüdür.

Tədbir çərçivəsində Elmi Cərrahiyyə Mərkəzinin həyətində yerləşən “Dəmir yumruq” abidəsinin önünə gül dəstələri və əklil qoyuldu, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edildi.

Sonda iştirakçılar Zəfər Gününün Azərbaycanın dövlətçilik tarixində əbədi iz qoyan şanlı bir səhifə olduğunu vurğuladılar.