Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları Səhiyyə Nazirliyi tərəfindən təltif olunublar.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları Səhiyyə Nazirliyi tərəfindən təltif olunublar
Səhiyyə sahəsində səmərəli və qüsursuz fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin dörd əməkdaşı- t.e.d. İlham Kazımov, prof.Əliniyaz Məmmədov, t.ü.f.d.Tahir Səlimov və tibb bacısı Dilarə Əhədova Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev tərəfindən fəxri fərmanla təltif edilib.
Bu yüksək qiymətləndirmə əməkdaşlarımızın peşəkarlığının, məsuliyyətli fəaliyyətinin, səhiyyə sisteminin inkişafına verdikləri töhfənin və xəstələrin sağlamlığının qorunması istiqamətində göstərdikləri fədakar əməyin bariz ifadəsidir.
Təltif olunan əməkdaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.


































































































