Təbriklər! Asiya Elmlər Akademiyasının yaradılması və Azərbaycan alimlərinin bu elm birliyində təmsili

2025-ci ilin noyabr ayında Çin Xalq Respublikasında Asiya Elmlər Akademiyası yaradılmışdır. Bu akademiya, elm sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və Asiyanın müxtəlif ölkələrindən olan alimləri bir araya gətirmək məqsədi daşıyır. Akademiyaya 121 nümayəndə seçilmişdir və bunların arasinda Asiya ölkələri-Çin, Rusiya, Hindistan, Yaponiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxstan, Tacikstan, Özbəkistan, Qırğızstan, Pakistan ilə yanaşı, Asiyanın hüdudlarından kənarda yerləşən ABŞ, Fransa, Yunanıstan, Moldova və Belarus kimi ölkələrdən də alimlər yer alır.

Azərbaycan Respublikasının bu beynəlxalq elm birliyində təmsil olunması qürurverici haldır. Azərbaycandan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev və mərkəzin Cərrahi Qastroenterologiya üzrə elmi şöbənin rəhbəri, professor Əliniyaz Məmmədov Asiya Elmlər Akademiyasına üzv seçilmişlər. ECM-in əməkdaşlarının akademiyaya üzv seçilməsi Azərbaycanın elm sahəsindəki nüfuzunun və beynəlxalq aləmdəki layiqli yerinin təsdiqidir.

Professor Rauf Ağayev, həmçinin Asiya Elmlər Akademiyasının seçki komitəsinə üzv seçilmişdir. Bu vəzifə, professor Rauf Ağayevin elmi sahədəki müvəffəqiyyətlərini və peşəkarlığını bir daha təsdiqləyir.

Bu hadisə, Azərbaycanın elm və təhsil sahəsindəki inkişafını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi göstərir. Azərbaycan alimlərinin beynəlxalq elmi platformalarda təmsil olunması, ölkəmizin elm sahəsindəki potensialını və müasir tədqiqatlara olan töhfəsini dünya miqyasında daha da artırır.

Bu cür nailiyyətlər, ölkəmizin elmi tərəqqisinə və müasir elmi tədqiqatlarda beynəlxalq əməkdaşlığın genişlənməsinə böyük töhfə verir. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi bu uğurlar münasibətilə professor Rauf Ağayevi və professor Əliniyaz Məmmədovu təbrik edir və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayır.